Azərbaycanın qadınlardan ibarət paracüdoçuları Şamaxı Olimpiya İdman Kompleksində təlim-məşq toplanışına start veriblər.


Rekord.az xəbər verir ki, toplanışa Şəhanə Hacıyeva (52 kq), Elnarə Nizamlı (60 kq), Dürsədəf Kərimova (70 kq) və Xatirə İsmiyeva (+70 kq) qatılıb.


Aprelin 13-dək davam edəcək hazırlıq prosesinə baş məşqçi Ramin İbrahimov rəhbərlik edir.