Paracüdoçularımız üçün Parisdə bürünc medal şansı
- 07 Sen 2024 16:00
- 232
Fransada keçirilən Yay Paralimpiya Oyunlarında bu gün 1/4 finalda uduzan Azərbaycanın üç paracüdoçusu təsəlliverici görüşlərdə qüvvələrini sınayıblar.
Rekord.az xəbər verir ki, İlham Zəkiyev (J1 kateqoriyası) Niderland təmsilçisi Daniel Kneqti ilə üz-üzə gəlib. İkiqat paralimpiya çempionu təsəlliverici görüşdə ipponla qalib gəlib və bürünc medal qazanmaq şansı əldə edib.
Xatirə İsmiyeva (J1 kateqoriyası) da medal qazanmaq şansını davam etdirir. +70 kq çəkidə yer alan idmançı təsəlliverici görüşdə Venesueladan olan Danitza Yoccelinlə üz-üzə gəlməli idi. Rəqib tatamiyə çıxmadığı üçün İsmiyeva qalib elan olunub. O, bürünc medal uğrunda ABŞ paracüdoçusu Qarsiya Kristella ilə görüşəcək.
Dürsədəf Kərimova (J2 kateqoriyası) da bürünc medal uğrunda görüşə çıxacaq. +70 kq çəkidə mübarizə aparan idmançı təsəlliverici görüşdə fransalı Prescilliya Leze ilə üz-üzə gəlib. Rəqibinə ipponla qalib gələn Kərimova mükafat iddiasını davam etdirib. Bürünc medal uğrunda qarşılaşmada onun rəqibi çinli Honqyu Vanq olacaq.