Paracüdoçularımızdan bir qrupu Tokiodan qayıtdı
- 30 Avq 2021 19:15
- 676
Tokio-2020 Yay Paralimpiya Oyunlarında böyük əzmkarlıq nümayiş etdirən paracüdoçularımızdan bir qrupu Bakıya qayıdıb.
Rekord.az xəbər verir ki, onlar arasında qızıl medal qazanan Vüqar Şirinli (60 kq) və Şahanə Hacıyeva (48 kq), bürünc medalçı Namiq Abbaslı (66 kq), eləcə də 7-ci yerlə kifayətlənməli olan Bəsti Səfərova (52 kq) yer alıb.
Heydər Əliyev Beynəlxalq Hava Limanında idmançılarımızı Azərbaycan Cüdo Federasiyası, Milli Paralimpiya Komitəsi, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi, "Neftçi İdman Klubu”nun əməkdaşları, idman ictimaiyyətinin nümayəndələri və cüdoçuların yaxınları qarşılayıblar.
Xatırladaq ki, paracüdoçularımız Tokio Paralimpiadasının 6 qızıl (Şahanə Hacıyeva (48 kq), Sevda Vəliyeva (57 kq), Xanım Hüseynova (63kq), Dürsədəf Kərimova (+70 kq), Vüqar Şirinli (60 kq), Hüseyn Rəhimli (81 kq) və 2 bürünc (Namiq Abbaslı (66 kq), İlham Zəkiyev +100 kq) medalını qazanıblar.