Para-üzgüçülük üzrə Azərbaycan milli komandası Portuqaliyanın Madeyra şəhərində keçiriləcək dünya çempionatına yollanıb.

Rekord.az Milli Paralimpiya Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, heyətdə Tokio-2020 Yay Paralimpiya Oyunlarının qalibləri Raman Saleh və Vəli İsrafilov yer alıb.

Onlar mundialda baş məşqçi Alavərdi Culfayevin rəhbərliyi altında çıxış edəcəklər.

Xatırladaq ki, iyunun 18-dən davam edəcək dünya çempionatı Paris-2024 XVII Yay Paralimpiya Oyunlarına lisenziya xalı qazandırır.