Paralimpiya çempionu İtaliyada gümüş medal qazandı
- 14 May 2023 14:30
- 360
Milli Paralimpiya Komitəsinin atletika üzrə milli komandasının üzvü, paralimpiya çempionu Orxan Aslanov İtaliyanın Yesolo şəhərində keçirilən qran-pridə uzunluğa tullanma növündə 6.19 m nəticə göstərərək ikinci yerə sahib çıxıb.
Rekord.az xəbər verir ki, Aslanov bu nəticə ilə cari ilin iyul ayında Fransanın paytaxtı Paris şəhərində keçiriləcək atletika üzrə dünya çempionatına lisenziya əldə edib.