Fransanın Montargis şəhərində keçirilən açıq Avropa çempionatına yekun vurulub.

Rekord.az xəbər verir ki, Paris-2024 Yay Paralimpiya Oyunlarına lisenziya xalı verən yarış Azərbaycan milli komandası üçün uğurlu alınıb.

Yığmamızın heyətində İmaməddin Xəlilov (70 kq, K-44) gümüş medala yiyələnib. Eyni kateqoriyada mübarizə aparan Sabir Zeynalov (58 kq) və Amin Şıxəliyev (63 kq) isə üçüncü yeri tutublar. 

Azərbaycan bu nəticə ilə kişi komandaları arasında 5-ci olub.

Qeyd edək ki, parataekvondoçularımız iyulun 2-də eyni məkanda Həmrəylik turnirində də mübarizə aparacaqlar.