Parataekvondoçulardan Prezident kubokunda 3 medal
- 21 Fev 2024 11:30
- 217
İranın paytaxtı Tehranda parataekvondo üzrə Dünya Taekvondosunun Prezidentinin kuboku keçirilib.
Rekord.az xəbər verir ki, yarışda baş məşqçi Fərid Tağızadənin rəhbərliyi altında qüvvəsini sınayan Azərbaycan milli komandası 3 medal qazanıb.
Yığmanın heyətində İmaməddin Xəlilov (70 kq) gümüş mükafata sahib olub. Sabir Zeynalov (58 kq) və Şahmar Quliyev (+80 kq) isə bürünc medala yiyələnib.
Parataekvondoçular K-44 kateqoriyasında mübarizə aparıblar.