Parataekvondo üzrə Azərbaycan millisi İngiltərənin Mançester şəhərinə yollanıb.

Rekord.az xəbər verir ki, baş məşqçi Fərid Tağızadənin rəhbərlik etdiyi yığma qran-prinin final mərhələsində mübarizə aparacaq.

Komandamızın heyətində Sabir Zeynalov (58 kq), İmaməddin Xəlilov (70 kq) və Əbülfəz Abuzərli (80 kq) yer alacaq. 

Parataekvondoçularımız K-44 kateqoriyasında mübarizə aparacaqlar.