Paris-2024: Azərbaycan gimnastı çıxışını başa vurdu
- 02 Avq 2024 16:30
- 201
Batut gimnastikası üzrə Azərbaycan millisinin üzvü Selcan Mahsudova Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Rekord.az xəbər verir ki, 20 yaşlı idmançı təsnifat mərhələsində çıxış edib.
O, ilk cəhdində 42,950 xala layiq görülüb. İkinci cəhdində isə idmançımız 53.750 xala layiq görülüb. Selcan yekunda 16 iştirakçı arasında 10-cu olub. Mahsudova "8-liy"ə düşə bilmədiyi üçün mübarizəni dayandırıb.
Paris-2024 avqustun 11-də başa çatacaq.