Azərbaycan qılıncoynadanı Anna Baştanın Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarındakı ilk rəqibi bəlli olub.

Rekord.az xəbər verir ki, sablyaçı 1/16 final mərhələsində Çin təmsilçisi Yang Hengyu ilə üz-üzə gələcək.

Qarşılaşma iyulun 29-da olacaq.

Qeyd edək ki, Paris olimpiadası avqustun 11-də başa çatacaq.