Paris-2024-də 3-cü medalı Maqomedov qazandı
- 08 Avq 2024 00:10
- 254
Azərbaycan taekvondoçusu Qaşım Maqomedov Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarının gümüş medalını qazanıb.
Rekord.az xəbər verir ki, 58 kq çəki dərəcəsində yer alan idmançı finalda Cənubi Koreya təmsilçisi Park Taejoonla qarşılaşıb.
Rəqibinə məğlub olan Maqomedov fəxri kürsünün ikinci pilləsinə yüksəksəlib.
Taekvondoçumuz ilk hissəni geridə tamamlayıb - 0:9. İkinci hissəni isə sona qədər davam etdirə bilməyib.
Maqomedov görüş zamanı ayağından ciddi zədə alıb. Ayağını yerə basmaqda çətinlik çəkən idmançımız qarşılaşmanı yarımçıq dayandırıb.
Olimpiada avqustun 11-də başa çatacaq. İndiyədək cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Boksçu Alfonso Dominqes (92 kq) finala yüksəlməklə ən azı gümüş mükafatı təmin edib.