Parisdəki “Azərbaycan Olimpiya Evi”ndə idmançılarla görüş
- 31 İyl 2024 16:40
- 311
XXXIII Yay Olimpiya Oyunları çərçivəsində Parisdə fəaliyyət göstərən "Azərbaycan Olimpiya Evi"ndə idmançılarla görüş keçirilib.
Rekord.az xəbər verir ki, görüşdə gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, Azərbaycan Cüdo Federasiyasının Prezidenti, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, baş katibi Azər Əliyev, Azərbaycanın Respublikasının UNESCO yanındakı daimi nümayəndəsi Elman Abdullayev, Olimpiya və dünya çempionları eləcə də, Olimpiadada ölkəmizi təmsil edən idmançılar, onların məşqçiləri, media nümayəndələri, müxtəlif ölkələrin rəsmi nümayəndələri və digər şəxslər iştirak ediblər.
Tədbirin bədii hissəsi müğənni Mardan Bandın ifasında musiqi nömrələri ilə davam edib.
Qonaqlar həmçinin Azərbaycan Olimpiya evində quraşdırılmış monitorda Olimpiadanın 3x3 basketbol yarışlarında Azərbaycan - İspaniya oyununu birlikdə izləyiblər.