Paşayev Kiyev “Dinamo”suna qarşı 18 dəqiqə oynadı
- 08 Mar 2020 14:20
- 540
Futbol üzrə Ukrayna Premyer Liqasında 22-ci turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin formasını geyindyi “Aleksandriya” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda Kiyev “Dinamo”su ilə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən məğlubiyyətlə ayrılıb - 1:3.
Paşayev də bu görüşün iştirakçısı olub. O, 72-ci dəqiqədə meydana buraxılıb.
“Aleksandriya” 22 turdan sonra 37 xalla 12 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.