Futbol üzrə Ukrayna Premyer Liqasında 19-cu turun oyunları keçirilib.

Rekord.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin formasını geyindyi “Aleksandriya” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Kolos”la qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən məğlubiyyətlə ayrılıb - 1:2.

Paşayev bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

“Aleksandriya” 19 turdan sonra 33 xalla 12 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.