Futbol üzrə Avropa Liqasında qrup mərhələsinin 3-cü turunun oyunları keçirilir.

Rekord.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin formasını geyindyi “Aleksandriya” da bu turnirdə növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə Fransanın “Sent-Etyen” klubu ilə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən heç-heçə itlə ayrılıb - 1:1.

Paşayev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

“Aleksandriya” 3 oyuna topladığı 2 xalla 3-cü pillədə qərarlaşıb.