Paşayevin oynadığı çempionat da dayandırıldı
- 18 Mar 2020 12:21
- 607
Dünya ölkələrində sürətlə yayılan koronavirus pandemiyası daha bir futbol çempionatının dayanmasına səbəb olub.
Rekord.az xəbər verir ki, söhbət Ukrayna çempionatından gedir.
Ukrayna Futbol Federasiyası ölkədə yayılan koronavirus epidemiyası ilə əlaqədar bütün futbol yarışlarının dayandırıldığını açıqlayıb.
Hələlik, yarışların nə vaxt bərpa olunacağı bilinmir. Federasiya bununla bağlı qərarın daha sonra, mövcud vəziyyət dəyərləndirildikdən sonra açıqlanacağını bəyan edib.
Qeyd edək ki, Ukrayna Premyer Liqasında mübarizə aparan “Aleksandriya”da Azərbaycan yığmasının üzvü Pavel Paşayev də forma geyinir. Sözügedən komanda 23 turdan sonra 40 xalla çempionluq uğrunda mübarizə aparan ilk altılıqda 5-ci pillədə qərarlaşıb.