Ukraynanın “Aleksandriya” klubu iki yoxlama oyunu keçirib.

Rekord.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin formasını geyindiyi Premyer Liqa təmsilçisi Qazaxıstan komandaları ilə qarşılaşıb.

“Aleksandriya” əvvəlcə “Atırau”, sonra isə “Kızıl Jar”la üz-üzə gəlib.

Paşayevin komandası bu oyunlarda bir qələbə, bir məğlubiyyət alıb. “Atırau”ya 0:2 hesabıyla uduzan “Aleksandriya”, eyni hesabla “Kızıl Jar”ı məğlub edib.

“Atırau” ilə görüşdə iştirak etməyən Pavel, “Kızlı Jar”la matçda 90 dəqiqə meydanda olub.