"Neftçi" Patodan yaxa qurtara bilmir.

Rekord.az xəbər verir ki, futbolçu baş məşqçi Regekampflın planlarına daxil deyil.

Odur ki, rəhbərlik müəyyən məbləğdə təzminat qarşılığında futbolçu ilə müqaviləyə xitam vermək istəyir. Lakin Pato təklif olunandan daha çox təzminat istədiyi üçün onunla anlaşma hələ ki, baş tutmur.

Qeyd edək ki, Patonun "Neftçi" ilə müqaviləsi 2024-cü ilin iyununda başa çatır.