“Payız turniri”nin qalibi bəlli oldu
- 05 Dek 2019 20:00
- 719
AFFA-nın, Sahə Futbol Federasiyaları İctimai Birliyinin dəstəyi, Əlillər Futbolu Federasiyasının təşkilatçılığı ilə Memarlıq və İnşaat Universitetinin idman zalında eşitməqüsurlu əlillər arasında keçirilən futzal üzrə “Payız turniri” başa çatıb.
Rekord.az xəbər verir ki, “Şimşək” komandası turnirin qalibi olub. “Zirvə” və “Azəri” isə müvafiq olaraq 2-ci və 3-cü yeri tutub.
“Azəri” komandasından Ümüd İbrahimov turnirin ən yaxşı oyunçusu, “Şimşək”dən Rabil Şahbazov isə ən yaxşı qapıçı seçilib. Turnirin ən məhsuldar futzalçısı 11 qol vuran “Zirvə” komandasının üzvü Musa Musayev olub.
Sonda komandalara medallar, diplomlar və kuboklar təqdim olunub.