Hövsanda yerləşən FHN İdman Kompleksində keçirilən U-21 gənclər arasında cüdo üzrə Bakı şəhər açıq birinciliyinə yekun vurulub.

Rekord.az xəbər verir ki, turnirin sonuncu günündə 8 çəki dərəcəsində mübarizə aparan cüdoçular arasında paytaxt birinciliyinin qalibləri müəyyənləşib.

Əmrah Səlimli (60 kq), Elcan Şəfiyev (73 kq), Kamran Novruzov (90 kq), Kənan Nəsibov (+100 kq) oğlanların mübarizəsində bütün rəqiblərinə qalib gələrək çempion olublar.

Qızların yarışında qalib gələn cüdoçuları sizə təqdim edirik:

Qızlar
-48 kq Kərimova Vüsalə
-57 kq Hacızadə Vüsalə
-70 kq Cavadova Rahidə
+78 kq Hacıverdiyeva Firuzə

Paytaxt birinciliyinin qalib və mükafatçılarına Azərbaycan Cüdo Federasiyası, Bakı şəhər Gənclər və İdman baş idarəsinin medal və diplomları təqdim olunub.

Xatırladaq ki, 2 gün davam edən Bakı şəhər açıq birinciliyində 25 klubdan 217 gənc cüdoçu medallar uğrunda mübarizə aparıb.