Paytaxt klubu məşqləri bərpa edir
- 28 Apr 2020 19:00
- 768
İngiltərənin “Tottenhem” klubu koronavirus pandemiyası səbəbiylə dayandırılan məşqlərinə start verir.
Rekord.az xəbər verir ki, bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb.
Məlumatda, əsas komandanın aprelin 28-də məşqlərə başlayacağı bildirilib. Sosial məsafə qaydalarına riayət edilməklə, hər gün məhdud sayda futbolçu məşq edəcək.
Premyer Liqanın digər klubu “Arsenal” da məşqlərə başlayıb.