
Paytaxt klubunda yeni müqavilə
- 07 Yan 2025 18:20
- 142
İngiltərənin "Tottenhem" klubu futbolçusu Son Hın Min ilə müqavilənin müddətini uzadıb.
Rekord.az xəbər verir ki, bu barədə London təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
32 yaşlı hücumçunun yeni sözləşməsinin müddəti 2026-cı ilin yayınadək nəzərdə tutulub.
Min 2015-ci ildən "Tottenhem"də çıxış edir.