Azərbaycan Voleybol Federasiyası (AVF) və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) birgə təşkilatçılığı ilə keçirilən və 8 noyabr - Zəfər Gününə həsr edilən voleybol turnirinin qaliblərinin mükafatlandırma mərasimi olub. "Rekrod.az" xəbər verir ki, yarışda ali təhsil ocağının ümumi və ixtisas kurslarının oğlan və qız tələbələri iştirak ediblər.

Mükafatlandırma mərasimində AVF-nin baş katibi Fərid Xəlilov, ADBTİA-nın İdman işləri üzrə prorektoru, Olimpiya çempionu Fərid Mansurov, Elmi katib Bəxtiyar Rüstəmov və İdman Oyun Növləri kafedrasının müəllimləri iştirak ediblər.

Yarışın nəticəsinə əsasən, 1və 2-ci yerləri tutmuş komandalar AVF tərəfindən pul mükafatı, ADBTİA tərəfindən diplomla təltif ediliblər.