Pekin-2022: Azərbaycan idmançısı medalsız qaldı
- 17 Fev 2022 18:16
- 549
Azərbaycanın qadın fiqurlu konkisürəni Yekaterina Ryabova Pekin-2022 Qış Olimpiya Oyunlarının final mərhələsində çıxışını başa vurub.
Rekord.az xəbər verir ki, Ryabova sərbəst proqramda 118,15 xala layiq görülüb.
O, 25 idmançının qatıldığı yarışda hazırda 179,97 xalla 4-cü pillədə qərarlaşıb. Beləliklə,19 yaşlı idmançı növbəti konkisürənlərin nəticələrindən asılı olmayaraq, ilk 3-lüyə düşə bilməyib və medalsız qalıb.
Azərbaycanın kişi fiqurlu konkisürəni Vladimir Litvintsev Pekin-2022-də 18-ci yeri tutub.
Qış Olimpiya Oyunlarına fevralın 20-də yekun vurulacaq.