
Pekkyanı Kivu əvəzlədi
- 18 Fev 2025 16:00
- 79
“Parma” baş məşqçi Fabio Pekkya ilə yollarını ayırıb.
Rekord.az xəbər verir ki, klub rəhbərliyi ardıcıl 4 məğlubiyyətdən sonra onunla əməkdaşlığa son qoyub.
Komanda ilin əvvəlindən keçirdiyi 7 oyunun heç birində qələbə qazanmayıb. “Parma” 25 turdan sonra 20 xalla düşmə zonası olan 18-ci pillədə qərarlaşıb.
Pekkyanı Kristin Kivu əvəzləyib. Amma rumıniyalı mütəxəssislə müqavilənin müddəti açıqlanmır. O, bunadək yalnız Milan “İnter”inin aşağı yaş qrupları üzrə komandalarında çalışıb.