“Mbappe mənim növbəti rekordumu qırdığı üçün sevinirəm”.

Rekord.az xəbər verir ki, bunu keçmiş futbolçu Pele Kilian Mbappe barədə sosial şəbəkə hesabında yazıb.

Mbappe dünya çempionatlarında 24 yaşınadək 9 qol vuran ilk futbolçu olub. O, bu uğura DÇ-2022-də nail olub. Rekord 24 yaşına çatmamış 7 dəfə fərqlənən Peleyə məxsus idi.

Pele noyabrın 30-da bədənin ümumi şişməsi, o cümlədən, ürək çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Keçmiş futbolçu ona dəstək olduğu üçün fransalı hücumçuya təşəkkür edib.

Fransa yığması DÇ-2022-nin 1/4 finalında İngiltərə ilə, Braziliya millisi isə Xorvatiya ilə üz-üzə gələcək.