Pənah İlyaslıdan Dünya Çimərlik Oyunlarında gümüş medal
- 14 Okt 2019 22:26
- 931
Bu gün Qətərin paytaxtı Dohada ilk Dünya Çimərlik Oyunları çərçivəsində çimərlik güləşi üzrə yarışa start verilib.
Rekord.az xəbər verir ki, Kənan Əliyev (90 kq) qrupda gürcü Dato Marsaqişvili (0:3), portuqaliyalı Rafael Da Silva (0:3) və pakistanlı Məhəmməd İnama (1:3) məğlub olaraq mübarizəni dayandırıb. Güləşçimizin təsəllisi türk Murat Özkan (3:0) üzərində qazandığı qələbə olub.
Ancaq Pənah İlyaslı (70 kq) startda gürcü Levan Kelexsaşviliyə (0:1) uduzsa da, braziliyalı Viktor Dos Santos (4:1), ukraynalı Semyon Radulov (1:0) və qətərli Abdulrəhman İbrahimə (3:0) qalib gələrək yarımfinala yüksəlib. Rumıniyalı Stefan Yonut Komanı da 3:0 hesabıyla üstələyən həmyerlimiz adını finala yazdırıb. Güləşçimiz finalda yenidən Kelexsaşviliylə qarşılaşıb. Bu dəfə də rəqibinə eyni hesabla uduzan Pənah gümüş medala sahib çıxıb.
Qeyd edək ki, oktyabrın 15-də İbrahim Yusubov (80 kq) və Oyan Nəzəriani (+90 kq) qüvvəsini sınayacaq.