![photo](https://rekord.az/uploads/5/38374266-baab-355c-aa8d-f59db3121dd8-850-600x300.jpg)
Peşəkar Çövkən Liqasında 10 komanda mübarizə aparacaq
- 2024-05-18 17:30
- 160
Azərbaycan Respublikası Atçılıq Federasiyası (ARAF) tərəfindən ilk dəfə təşkil olunacaq Peşəkar Çövkən Liqasında 10 komanda iştirak edəcək.
ARAF-dan Rekord.az-a verilən məlumata görə, yarışda milli atlardan istifadə olunacaq.
Tədbirin unudulmaz perfomansı Qarabağ atlarının bu il Londonda göstərdiyi canlı şoudur. Oyunlara giriş sərbəst olacaq. Rəsmi hissədən sonra azarkeşləri 2 maraqlı görüş gözləyir.
Çempionatın açılış mərasimi mayın 21-də, saat 14:00-da Binə Atçılıq Mərkəzində baş tutacaq.