
PFL bir oyunu təxirə saldı
- 23 Fev 2025 15:59
- 71
Əvəzedicilər liqasında XXIV turun bu gün saat 15:00-da keçirilməsi nəzərdə tutulan “Qarabağ-2” – “Sabah-2” qarşılaşması stadionun günün birinci yarısında təmizlənməsinə baxmayaraq normadan artıq yağan qar səbəbindən hakimlər briqadasının yekun rəyinə əsasən PFL tərəfindən hər iki komanda məlumatlandırılmaqla təxirə salınıb.
Rekord.az xəbər verir ki, bu barədə PFL-in rəsmi saytı məlumat yayıb.
Qarşılaşma 25 fevral saat 15:00-da təşkil olunacaq.