Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda işıqlandırma sistemi ilə bağlı bütün prosedurlar yekunlaşdığına görə Misli Premyer Liqasında 25-ci turun “Sumqayıt” – “Kəpəz” matçının başlama saatı dəyişdirilib.

Rekord.az xəbər verir ki, bu barədə PFL rəsmi saytı vasitəsilə məlumat yayıb.

Xəbərdə bildirilir ki, bu oyun əvvəlcədən nəzərdə tutulduğu kimi 16:00-da yox, 19:00-da başlayacaq.