Platinini üzən qərar
- 06 Mar 2020 14:41
- 809
Avropa İnsan Haqları Məhkəməsi (AİHM) UEFA-nın sabiq prezidenti Mişel Platininin futboldan 4 il müddətinə kənarlaşdırılması ilə bağlı cəzaya etirazına hüquqi qiymət verib.
Rekord.az xəbər verir ki, qurum keçmiş futbol funksionerinin etirazını rədd edib.
Məhkəmədən verilən açıqlamada veteran futbolçunun cəzasında insan hüquqlarının pozulması halına rast gəlinmədiyi bildirilib.
Mişel Platini 2011-ci ildə FİFA-nın keçmiş prezidenti Yozef Blatterdən 2 milyon İsveçrə frankı (3,46 milyon manat) aldığı üçün ali futbol qurumunun etik qaydalarını pozub və buna görə 8 il müddətinə futboldan diskvalifikasiya olunub.
Daha sonra İdman Arbitraj Məhkəməsi cəza müddətini 4 ilə endirib. O, bundan sonra İsveçrə Federal Məhkəməsinə müraciət etsə də, etirazı təmin edilməyib.