Pley-off matçlarının vaxtları növbəti dəfə dəyişdi
- 01 Apr 2020 21:00
- 679
UEFA Millətlər Liqasının pley-off oyunları növbəti dəfə təxirə salınıb.
Rekord.az xarici mətbuata istinadən xəbər verir ki, yarımfinallar iyunun 4-dən sentyabrın 3-nə, finallar isə iyunun 9-dan sentyabrın 8-nə keçirilib.
UEFA daha öncə 26 - 31 martda baş tutmalı olan görüşləri təxirə salmışdı.
Bildirilib ki, iyun ayında planlaşdırılan yoldaşlıq görüşləri də baş tutmayacaq. Qurum yerli çempionatların yekunlaşmasını və avrokubokların başa çatmasını istəyir.
Millətlər Liqasında ikinci mövsümün nəzərdə tutulduğu kimi sentyabrda başlanması planlaşdırılır. Pley-offda iştirak edənlər isə daha sonra yarışa qatılacaq.
A Liqası
İslandiya - Rumıniya
Bolqarıstan - Macarıstan
B Liqası
Bosniya və Herseqovina - Şimali İrlandiya
Slovakiya - İrlandiya
C Liqası
Şotlandiya - İsrail
Norveç - Serbiya
D Liqası
Gürcüstan - Belarus
Şimali Makedoniya - Kosovo
Qeyd edək ki, bu oyunlardan sonra AÇ-2020-yə vəsiqə qazanacaq son 4 komanda bəlli olacaq. Daha öncə Avropa çempionatının 2021-ci ildə keçiriləcəyi ilə bağlı qərar verilib.