Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin bütün cütləri müəyyənləşib.


Rekord.az xəbər verir ki, bu gün baş tutan iki pley-in oyunundan sonra bütün komandaların rəqibləri bəlli olub.


Belə ki, NTD-ni mübarizədən kənarlaşdıran "Abşeron" "Naxçıvan"a, "Sumqayıt"ı üstələyən "Sərhədçi" isə "Sabah"a rəqib olub.


Daha əvvəldən "Lənkəran"a qalib gələn "Gəncə"nin "Şəki" ilə, "Quba" üzərində qələbə qazanan "Ordu"nun isə "Neftçi" ilə qarşılaşacağı dəqiqləşib.


Azərbaycan Basketbol Liqası

Pley-off mərhələsi


Neftçi - Ordu

Şəki - Gəncə

Sabah - Sərhədçi

Abşeron - Naxçıvan