Son mövsümü «Antalyaspor»da keçirən Lukas Podolski «Qarabağ»a təklif olunub.

Rekord.az xəbər verir ki, menecerlər Almaniya yığmasının sabiq hücumçunun Azərbaycanda çıxış etməyə hazır olması barədə Ağdam klubuna xəbər göndərib.

Hazırda azad agent statusu daşıyan məşhur forvardın istədiyi illik maaş 450 min avrodur.

Polşa kökənli qolçu Almaniyanın bütün yaş qrupları üzrə yığmalarına çağırılıb. 2004-cü ildən əsas milliyə çağırılıb və 2017-ci ilədək burada 130 oyun keçirib, 49 qol vurub.

«Köln»ün yetirməsi karyerası ərzində «Bavariya», «Arsenal», «İnter», «Qalatasaray» və «Vissel Kobe»nin şərəfini qoruyub. (sportinfo.az)