
Polad Rzayev ilk reytinq xallarını qazanıb
- 16:30
- 35
İtaliyanın Pila şəhərində keçirilən FIS Paradağ xizəyi turnirində həlledici mərhələni öz kateqoriyasında ikinci olaraq bitirən Azərbaycan idmançısı Polad Rzayev ilk reytinq xallarını qazanıb.
Rekord.az xəbər verir ki, Qış Paralimpiya Oyunlarına reytinq xalları qazandıran yarışın əsas mərhələsinə qatılan paralimpiyaçımızın hesabında Beynəlxalq Xizək və Snoubord Federasiyasının (FIS) aprelin 1-nə olan reytinq cədvəlinə görə 725.55 reytinq xalı var.
Rzayev son iştirak etdiyi Fransanın Auron şəhərində keçirilmiş FIS Paradağ xizəyi turnirinin həlledici mərhələsini 00:51.57 nəticə ilə 7-ci pillədə bitirib.