Polşa klubu azərbaycanlı futbolçu ilə müqaviləni ləğv etdi
- 04 İyl 2024 14:20
- 186
Azərbaycan millisinin futbolçusu Rahil Məmmədov Polşanın LKS klubundan ayrılıb.
Rekord.az xəbər verir ki, bu barədə Lodz təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Klub müdafiəçinin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verildiyini vurğulayıb.
Məmmədov 2024-cü ilin əvvəlində "Qarabağ"dan bu kluba keçmişdi.