Polşada çıxış edən hücumçumuz məğlub oldu
- 24 Yan 2023 10:17
- 409
Voleybolçu qadınlardan ibarət Azərbaycan millisinin üzvü Marqarita Stepanenko Polşa çempionatında növbəti oyununu keçirib. "Rekord.az" xəbər verir ki, hücumçumuzun formasını geyindiyi "Radomka" 11-ci turda "Grot Budowlani Lodz" klubunu qəbul edib.
Görüş voleybolçumuzun komandası üçün pis başlayıb və meydan sahibləri ilk seti uduzublar. Bununla belə, "Radomka" bundan sonra ümumi hesabı bərabərləşdirə bilib - 1:1. Lakin Rita və rəfiqələrinin bundan artığına gücü çatmayıb. 4 set davam edən matçda hücumçumuz komandası 1:3 (17:25, 26:24, 18:25, 16:25) hesabı ilə məğlub olub.
Komandasının xalsız qaldığı görüşdə yığmamızın üzvü əvəzetmə ilə oynayıb. Stepanenko meydanda olduğ müddətdə 9 dəfə fərqlənib. O, bu xallardan 8-ni hücumda, 1-ni isə eyslə qazanıb.