Polşada çıxış edən hücumçumuzun komandası məğlub oldu
- 15 Yan 2023 23:09
- 407
Polşada çempionatında çıxış edən voleybolçu qadınlardan ibarət Azərbaycan millisinin üzvü Marqarita Stepanenkonun formasını geyindiyi "Radomka" növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, hücumçumuzun komandası 11-ci turda "Energa MKS Kalisz" klubunu qəbul edib.
Görüşə yaxşı başlayan meydan sahibləri ilk setdə qələbə qazanıblar. Lakin rəqib bundan sonra təşəbbüsü ələ alıb və növbəti hissələri öz aktivinə yazdırıb. Gərgin keçən 4 setlik matçda Rita və rəfiqələri 1:3 (25:19, 26:28, 15:25, 23:25) hesabı ilə məğlub olublar.
Komandasının xalsız məğlub olduğu görüşdə hücumçumuz əvəzetmə ilə oynayıb. Stepanenko meydanda olduğu qısa müddətdə xal qazanmayıb.