Poqba sıraya döndü
- 05 Mar 2020 14:47
- 817
“Mançester Yunayted”in futbolçusu Pol Poqba komanda ilə birgə məşqlərə başlayıb.
Rekord.az xəbər verir ki, bu barədə klub saytı məlumat yayıb. Fransalı yarımmüdafiəçinin uzun müddət sonra meydana çıxmağa hazır olduğu bildirilir. Onun "Mançester Siti" ilə görüşdə iştirak edəcəyi gözlənilir.
Poqba yanvar ayında ayaq biləyində problem olduğu üçün əməliyyat edilmişdi.
Qeyd edək ki, “Mançester Yunayted” – “Mançester Siti” qarşılaşması martın 8-də keçiriləcək.