Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Portuqaliya və Fransa yığmaları arasında 1/4 final oyununun (0:0) ən yaxşı futbolçusu bəlli olub.

Rekord.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, fransızların hücumçusu Usman Dembele görüşün ən yaxşı oyunçusu adına layiq görülüb.

Xatırladaq ki, 27 yaşlı futbolçu bu oyunda 67-ci dəqiqədən etibarən mübarizə aparıb.