Futbol üzrə Portuqaliya milli komandasının və Türkiyənin “Beşiktaş” klubunun sabiq hücumçusu Hüqo Almeyda karyerasını başa vurub.

Rekord.az xəbər verir ki, 36 yaşlı hücumçu bu qərarını keçirdiyi xüsusi mətbuat konfransında açıqlayıb.

Onun sonuncu komandası “Akademika de Koimbra” olub. Almeyda məhz bu klubun U-23 komandasında məşqçiliyə başlayacağını da bildirib.

“Portu”nun yetirməsi olan, “Unian Leyriya”, “Boavişta”, “Verder”, “Beşiktaş”, “Çezena”, “Kuban”, “Anji”, “Hannover”, AEK və “Hayduk” (Split) klublarında forma geyinən Almeyda, Portuqaliya millisində 57 oyun keçirib, 19 qola imza atıb.