Portuqaliya millisinin üzvü rəsmən “Arsenal”da
- 31 Yan 2020 20:20
- 808
İngiltərənin “Arsenal” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Rekord.az xəbər verir ki, London təmsilçisi “Sauthempton”dan Sedrik Soareşi heyətinə qatıb.
Bu barədə “topçular”ın rəsmi saytı məlumat yayıb. 28 yaşlı portuqaliyalı müdafiəçi mövsümün sonuna qədər “Arsenal”ın şərəfini qoruyacaq.
2015-ci ildən “Sauthempton”un formasını geyinən Soareş, Portuqaliya millisinin də üzvüdü.