"Araz Naxçıvan"la son tur matçında zədələnən "Turan Tovuz"un futbolçusu Jo Batistanın durumun aydınlıq gəlib.

Rekord.az xəbər verir ki, futbolçu Portuqaliuada həkim müayinəsindən keçib və əməliyyat olunub.

Əməliyyatdan sonra təkrar həkim müayinəsi olub və futbolçunun durumuna aydınlıq gəlib. Məlum olub ki, o, mövsümün sonuna kimi yaşıl meydançalara çıxa bilməyəcək. Batista özü klubla əlaqə saxlayaraq məlumatın baş məşqçi Kurban Berdiyevə çatdırılmasını istəyib. O, ən yaxşı halda iyunun sonlarından komandaya qoşula biləcək.