Portuqaliyalı futbolçu “Liverpul”un tarixinə düşdü
- 15:20
- 33
“Liverpul”un hücumçusu Dioqo Jota əvəzetmədən meydana daxil olduqdan dərhal sonra qol vurub.
Rekord.az xəbər verir ki, Jota bu cür statistikalar tərtib edilməyə başlandıqdan sonra (2006/07 mövsümündən bəri) əvəzedici kimi meydana çıxaraq “Liverpul”un ən tez Premyer Liqa qolunu vurub.
Portuqaliyalı futbolçu “Nottingem Forest”lə matçın (1:1) 66-cı dəqiqəsində meydana çıxıb və cəmi 22 saniyə sonra qol vuraraq, komandasına xal qazandırıb.
Arne Slotun komandası İngiltərə çempionatının turnir cədvəlində liderliyini qoruyur. “Qırmızılar” 20 oyun keçirib və 47, 2-ci pillədə qərarlaşan “Nottingem Forest” isə 21 matçdan sonra 41 xala malikdir.