AFFA-nın milliyə baş məşqçi gətirmək istədiyi simalar sırasında Cezare Prandelli də var idi. Əslində, bu mütəxəssisin millimizə gələcəyi onsuz da inandırıcı deyildi və gözlənildiyi kimi də oldu.

 

Rekord.az-a daxil olan məlumata görə, italiyalı bu haqda məlumatlı olan kimi elə ilk andaca bundan imtina edib.

 

Prandelli bildirib ki, Azərbaycan millisi kimi zəif komandada işləməyi ağlının ucundan belə keçirmir. Bir sözlə, Abdulla Avcının da imtinasından sonra AFFA-nın siyahısında faktiki zəif məşqçilər qalıb. Yəqin ki, seçim də onların arasından olacaq.