Premyer Liqa da dayandırıldı - RƏSMİ
- 13 Mar 2020 18:20
- 674
İngiltərənin “Bornmut” klubunun qapıçısı Artur Boruç koronavirusa yoluxub.
Rekord.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Xəbərdə, 39 yaşlı qapıçının verdiyi koronavirus testinin müsbət çıxdığı bildirilib.
Boruçla yanaşı, “Bornmut”un dörd işçisində də koronavirus aşkarlanıb. Bu səbəbdən klub karantinə alınacaq.
İngiltərə Premyer Liqasında bundan əvvəl “Arsenal”ın baş məşqçisi, “Lester Siti”, “Çelsi” və “Everton”un futbolçularında da koronavirus aşkarlanmışdı.
Bütün bunları nəzərə alan Premyer Liqa rəhbərliyi də gözlənilən addımı atıb. Belə ki, İngiltərə Premyer Liqasının da oyunları dayandırılıb. Premyer Liqa daxil olmaqla, ölkədəki bütün liqalar təxirə salınıb. Bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
Koronavirus epidemiyası səbəbiylə liqalar aprelin 4-nə – növbəti qərara qədər dayandırılıb.
Xatırladaq ki, daha öncə “böyük beşik”də İtaliya, İspaniya, Almaniya və Fransa çempionatları da dayandırılmışdı.