Premyer Liqa klubları mayın 9-na hazırlaşır
- 23 Apr 2020 11:41
- 659
Koronavirus pandemiyasına görə yarımçıq dayandırılmış İngiltərə Premyer Liqasının taleyinə hələ də rəsmən aydınlıq gəlməyib.
Rekord.az xəbər verir ki, elita iştirakçıları hazırda ilk növbədə məşqləri nə vaxt bərpa edəcəkləri barədə düşünürlər.
Britaniya mətbuatının iddiasına görə, klublar məşqləri mayın 9-dan etibarən bərpa etmək istəyirlər. “Mirror”un iddiasına görə, “Kristal Pelas”, “Bornmut”, “Bernli”, “Şeffild Yunayted” və “Vest Hem” artıq mayın 9-dan məşqlərə çıxmağa hazırlaşır.
Xatırladaq ki, bir neçə gün öncə “Liverpul”un futbolçusu Pedro Çirivelya da yerli mətbuata verdiyi açıqlamada komandasının mayın ortalarından etibarən məşqləri bərpa etməyə hazırlaşdığını bəyan etmişdi.
İngiltərə Premyer Liqasında mövsümün qalan oyunlarının iyun ayından etibarən keçiriləcəyinə dair ehtimallar səsləndirilir.