Premyer Liqa klublarının cəzası açıqlandı
- 21 Avq 2024 15:20
- 151
İntizam Komitəsinin iclası keçirilib.
Rekord.az xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının 3-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“Kəpəz” – “Turan Tovuz” oyununda “Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Kəpəz” klubu 700 manat cərimə edilib.
“Sumqayıt” – “Səbail” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Sumqayıt” klubu 800 manat cərimə edilib.
“Sumqayıt” – “Səbail” oyununda PFL Əsasnaməsinin tələbləri pozulduğuna görə “Sumqayıt” klubu 500 manat cərimə edilib.