“Lids” baş məşqçisi Cessi Marşı istefaya göndərib.

Rekord.az xəbər verir ki, bu barədə İngiltərə klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

ABŞ-dan olan 49 yaşlı mütəxəssislə yanaşı, onun köməkçiləri də istefaya göndəriliblər.

İstefaya komandanın cari mövsümdəki uğursuz çıxışı səbəb olub. Belə ki, “Lids” bu mövsüm Premyer Liqada keçirdiyi 20 oyunda cəmi 18 xal toplayıb və 20 iştirakçı arasında 17-ci pillədə qərarlaşıb.

Marş 2022-ci ilin fevral ayından “Lids”ə rəhbərlik edirdi. O, bu komandanı 37 oyuna (11 qələbə, 10 heç-heçə, 16 məğlubiyyət) çıxarıb.