Premyer Liqa klubu baş məşqçisinin məvacibini azaltdı
- 02 Apr 2020 13:21
- 567
Futbol üzrə İngiltərə Premyer Liqasında mübarizə aparan “Bornmut” klubu baş məşqçisi Eddi Haunun maaşını azaltmağa qərar verib.
Rekord.az xəbər verir ki, bu barədə elita təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Klub rəhbərliyi koronavirus pandemiyası ilə əlaqədar yaranan böhrana görə bəzi tədbirlər görüb. Bu tədbirlərdən biri məhz baş məşqçinin maaşının azaldılması olub. Açıqlamada 42 yaşlı mütəxəssisin könüllü olaraq maaşında böyük miqdarda endirimə razılaşdığı qeyd olunub.
Bununla da Hau Premyer Liqada maaş endiriminə razılıq verən ilk baş məşqçi olub.
Qeyd edək ki, ingilis mütəxəssis 2012-ci ildən “Bornmut”u çalışdırır. Onun rəhbərliyi altında komanda cari mövsümdə keçirdiyi 29 oyuna cəmi 27 xal toplayıb və 20 kollektiv arasında 18-ci pillədə qərarlaşıb.